Miroslav Beraneklə görüşün vaxtı müəyyənləşdi
02.09.2011 - 15:10
Miroslav Beraneklə görüşün vaxtı müəyyənləşdi
Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandası ilə qarşılaşacaq Qazaxıstan yığmasının açıq məşqinin və baş məşqçi Miroslav Beranekin mətbuat konfransının vaxtı məlum olub. Apasport.az saytının məlumatına görə, çexiyalı mütəxəssis sentyabrın 6-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matçdan 1 gün öncə KİV nümayəndələri ilə görüşərək, onların suallarını cavablandıracaq.

Konfrans saat 18:30-da başlayacaq. Ardından isə həmin gün rəqibimiz saat 19:00-da ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşqə çıxacaqlar.

Mənbə: affa.az