Rodriqinyo daha bir cərrahiyyə əməliyyatı keçirdi
02.09.2011 - 15:44
Rodriqinyo daha bir cərrahiyyə əməliyyatı keçirdi
Bakının “Neftçi” klubunun braziliyalı futbolçusu Rodriqinyo ikinci dəfə əməliyyat olunub. Apasport.az saytının məlumatına görə, zədə çox ciddi olduğundan ikinci əmliyyata da ehtiyac duyulub.

İlk vaxtlar futbolçunun daha tez yaşıl meydançalara dönəcəyi güman edilsə də, bu belə olmayacaq. Belə ki, braziliyalı yarımmüdafiəçi ən yaxşı halda 6 aydan sonra futbol oynaya biləcək. Hazırda vətənində olan futbolçu müalicə kursunun növbəti hissəsini keçir.

Paytaxt klubunun digər legioneri belçikalı Emil Mpenza isə zədədən sonra bərpa prosesini uğurla başa çatdırıb. 33 yaşlı hücumçu artıq fərdi məşqlərə başlasa da, hələ də komanda ilə birgə hazırlaşa bilmir. Onun növbəti turda “Xəzər Lənkəran”la qarşılaşmada da “Neftçi”yə kömək etməyəcəyi dəqiqləşib.

Qeyd edək ki, Mpenza cari çempionatın 4 turunun arxada qalmasına baxmayaraq, hələ də meydana çıxmayıb.