Bakıda büdrəyən futbolçu ÇL-ə buraxılmadı
03.09.2011 - 12:50
Bakıda büdrəyən futbolçu ÇL-ə buraxılmadı
İngiltərənin “Çelsi” klubu Çempionlar Liqası üçün iştirak ərizəsini UEFA-ya təqdim edib. Apasport.az saytının məlumatına görə, London təmsilçisi 22 nəfərlik heyəti müəyyənləşdirərkən bəzi oyunçularını kənarda saxlamalı olub. Baş məşqçi Andre Villaş-Boaşa lazım olmayanlardan biri Belçika yığmasının üzvü Romelu Lukakudur. Sentayabrın 2-də Avro-2012-nin seçmə oyununda Azərbaycan milli komandasının büdrətdiyi (1:1) yığmanın heyətində meydana çıxan 18 yaşlı istedad qitə kuboklarında oynamayacaq.

Qeyd edək ki, “Çelsi” Lukakunu Premyer liqanın 25 nəfərlik iştirak ərizəsinə də salmayacaq. Çünki qaydalara əsasən 18 yaşlı futbolçular həmin siyahıda olmadan komandasına kömək edə bilər.