“Sübut etdik ki, doğma meydanda istənilən komandanı yenmək gücündəyik”
03.09.2011 - 13:00
“Bilirdik ki, ağır oyun olacaq. Rəqibin gücü haqda da məlumatımız var idi”. Bu sözləri apasort.az saytına açıqlamasında Azərbaycan yığmasının və “Xəzər Lənkəran” klubunun müdafiəçisi Elnur Allahverdiyev deyib.
Avro-2012-nin seçmə qrup mərhələsi çərçivəsində Belçika ilə qarşılaşan millimiz matçın gedişində hesabda geri düşsə də, 86-cı dəqiqədə tarazlığı bərpa etməyi bacarıb. Oyun haqda danışarkən Allahverdiyev Belçikanın heyətində hücumçuları fərqlənirib: “Xüsusilə hücum xəttinin güclü olduğunu bilirdik. Eden Hazard, Aksel Vitsel, Dries Mertens kimi oyunçuları fərqləndirmək istərdim. Bu o demək deyil ki, biz onlardan zəifik. Doğma meydanda oynadığımıza görə də mütləq xal qazanmalı idik”.
Fikrini davam etdirən futbolçu qazanılan nəticə ilə istənilən komandadan xal ala biləcək gücdə olduqlarını da vurğulayıb: “Oyunumuzla sübut etdik ki, istənilən komandadan xal ala bilərik. Bundan əvvəl yoldaşlıq oyununda Makedoniyaya məğlub olsaq da, Belçika ilə görüşdə bizi daha çox azarkeşin dəstəkləyəcəyini gözləyirdik. Ancaq az insan gəlmişdi. Heç-heçə Azərbaycan yığması üçün pis nəticə deyil. Türkiyəni udan zaman deyirdilər ki, gücünüz ancaq qardaş komandaya çatır. Ancaq bu gün sübut etdik ki, doğma meydanda istənilən komandanı yenmək gücündəyik”.
Artıq diqqətlərini Qazaxıstanla oyuna yönəltdiklərini qeyd edən Allahverdiyev sentyabrın 6-da azarkeşləri sevindirəcəklərini qeyd edib: “Qarşıda Qazaxıstanla oyunumuz var. Qələbə qazanıb, xal ehtiyatımızı artırmağa çalışacağıq”.

0
0