Nikolas Lomberts: Öz səhvimizin qurbanı olduq
03.09.2011 - 13:16
Nikolas Lomberts: Öz səhvimizin qurbanı olduq
“Nəticə bizim üçün gözlənilməz oldu. Rəqibi düzgün təhlil etməmişdik”. Bu sözləri apasport.az saytına açıqlamasında Belçika millisinin müdafiəçisi Nikolas Lomberts deyib.

Bakıya 3 xal dalınca gələn, amma sürprizlə qarşılaşan Belçika yığması oyundan sonra şokda idilər. Yığımamızdan bu cür oyun və nəticə gözləməyən Qərbi Avropa təmsilçisi heç-heçədə özlərinin də kobud səhvlərinin olduqlarını etiraf edib: “Öz səhvlərimizin qurbanı olduq. Belə ki, heç-heçə etməyimizin başlıca səbəbi rəqibi düzgün qiymətləndirməməyimizdir. Yəni rahat qələbə qazanacağımızı düşünürdük. Sonda fərqli nəticə ilə qarşılaşdıq. Oyuna motivasiya ola bilmədik”.

Qeyd edək ki, Avro-2012-nin Azərbaycan və Belçika arasında seçmə oyunu 1:1 hesabı ilə başa çatıb.