Əfran İsmayılov: Ən azı bir qol vurmaq istəyirdik
03.09.2011 - 13:45
“Şükürlər olsun ki, meydanı heç-heçə ilə tərk etdik və aktivimizdəki xalların sayını artırdıq”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının və “Qarabağ” klubunun yarımmüdafiəçisi Əfran İsmayılov deyib.
Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində Belçika ilə üz-üzə gələn millimiz ilk dəfə olaraq bu komandadan xal alıb. Buna qədər rəqibi ilə üç dəfə qarşılaşan yığmamız oyunların hamısında məğlub olmuşdu. Oyunun gedişində hesabda geri düşən yığmamız 86-cı dəqiqədə bərabərlik qolunu vurmağı bacardı. Bununla həm doğma meydanda cari tsikl çərçivəsində keçirdiyi ikinci oyununda xal qazanan komandamız Türkiyə millisinə də yardım etmiş oldu.
Qazanılan nəticənin Qazaxıstanla oyun öncəsi psixoloji baxımdan komandaya müsbət təsir edəcəyini düşünən İsmayılov azarkeşləri stadiona səslədi: “Mübarizəni Qazaxıstanla oyunda da davam etdirəcəyik. Əlimizdən gələni edəcəyik ki, 3 xal qazanaq. Rəqib qol vurduqdan sonra komanda olaraq ruhdan düşmədik. Ən azı bir qol vurmaq istəyirdik. Bunu da bacardıq”.

0
0