Uinston Parks yığmaya lazım olmadı
03.09.2011 - 13:12
“Bakı” klubunun futbolçusu Uinston Parksın da şərəfini qoruduğu Kosta-Rika milli komandası növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, hücumçunun komandası ABŞ yığmasını sınağa çəkib. Təxminən 1 illik fasilədən sonra yığmaya çağırılan Parks komandasının qələbəsinə sevinib – 1:0. Lakin o, meydana çıxmayan 7 futbolçudan biri olub. Milliyə 22 oyunçu dəvət edən baş məşqçi bu qarşılaşmada 5 əvəzetməyə əl ataraq 16 futbolçunu sınayıb. Lakin Uinston ona lazım olmayıb.
0
0