Biri uddu, biri uduzdu
03.09.2011 - 13:20
Biri uddu, biri uduzdu
Avstriyada təlim-məşq toplanışında olan 15 və 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmaları növbəti yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, hər iki yığmamız “Red Bull” (Zalsburq) klubunun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Azərbaycan U-15 rəqibini 2:0 hesabı ilə məğlub edib. Qolların birinin müəllifi Elnur Cəfərov olub. Digər qolu isə avstriyalı futbolçular öz qapısından keçirib.

U-16 yığmamızla “Red Bull”un eyni yaş qrupuna aid komandası arasında qarşılaşma 2:0 hesabı ilə avstriyalı futbolçuların xeyrinə yekunlaşıb.

Mənbə: affa.az