Millinin açıq məşqinin vaxtı dəyişdirilib
03.09.2011 - 23:01
Azərbaycan milli komandasının bu gün keçiriləcək açıq məşqinin vaxtı dəyişdirilib. Apasport.az saytının məlumatına görə, saat 10:00-da, Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçirilməli olan mətbuat üçün açıq məşqinin vaxtı dəyişdirilib.
Millimizin bu gün sentyabrın 4-də, saat 18:30-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək məşqinin ilk 15 dəqiqəsi mətbuat nümayəndələri üçün açıq olacaq.
Azərbaycan – Qazaxıstan oyunu ərəfəsində millimizin məşqçi və futbolçularının mətbuat konfransı, əvvəlcədən nəzərdə tutulduğu kimi, sentyabrın 5-də, saat 12:30-da, Aeroport oteldə keçiriləcək.
Mənbə: affa.az

0
0