UEFA-dan sərt xəbərdarlıq
04.09.2011 - 11:51
UEFA bundan sonra milli çempionatlar və ölkə kuboklarının təqviminə nəzarəti artıracaq. Apasport.az saytının məlumatına görə, Avropa futbol qurumu qitə kuboklarının keçirildiyi günlərdə milli miqyasda oyunların baş tutmasının əleyhinədir. Dəfələrlə Premyer Liqa və kubok matçları avrokuboklarla üst-üstə düşdüyü üçün İngiltərə artıq ilk qurbanlardan olub. UEFA bu ölkəni 1,3 milyon avro cərimələyib. Hər il qitə kuboklarından kənar qalan klublara yardım məqsədilə pul ayıran UEFA həmin pulları kəsməklə qaydalara riayət olunmasını istəyir.
Qeyd edək ki, bu yaxınlarda UEFA ilə Avropa Peşəkar Futbol Liqaları Assosiasiyası ilə imzalanan memoranduma əsasən qitə kubokları üçün ayrılan günlərdə ölkə çempionatı və kuboku matçı baş tuta bilməz.

0
0