“Rəvan”ın futbolçusu qitə çempionunu devirdi
04.09.2011 - 12:42
“Rəvan”ın futbolçusu qitə çempionunu devirdi
Afrika Millətlər Kubokunun seçmə oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, son qitə çempionu Misir yığması artıq indidən titulla vidalaşıb. Bu, “fironlar”ın Syerra-leone ilə matçından sonra məlum olub. Səfərdə 1:2 hesabı ilə uduzan misirlilər final mərhələsinə çıxmaq şanslarını rəsmən itiriblər. Mübarizəni seçmə mərhələdə dayandıran çempionun devrilməsində Azərbaycan Premyer Liqasının üzvlərinin də rolu olub. Belə ki, Syerra-Leone yığmasına ölkəmizdə çıxış edən bir neçə futbolçu mütəmadi olaraq çağırılır. Misirlə qarşılaşmada çempionun devrilməsini də məhz “Rəvan”ın üzvü başlayıb. Bu yay ölkəmizə transfer olunan Şerif Suma bu qarşılaşmada hesabı açıb.