Premyer Liqa ilə digər çempionatların fərqi
04.09.2011 - 14:22
Premyer Liqa ilə digər çempionatların fərqi
“Böyük beşlik” ölkələrinin çempionatlarında çıxış edən klubların ümumi büdcələri hesablanıb. Apasport.az saytının məlumatına görə, İngiltərə Premyer Liqası digər çempionatları arxada qoyub. Burada çıxış edən komandaların ümumi büdcəsi 2,43 milyardavro təşkil edir.

İtaliya A seriyası 1,43 milyardlıq göstərici ilə britaniyalılardan 1 milyard avro geri qalır. Almaniya Bundesliqası 1,42, İspaniya Primerası 1,36, Fransa A Liqası isə 1,04 milyardlıq büdcəyə malik olması ilə öyünə bilər.