Vurğun Hüseynov: Ancaq qələbəyə ümid edirəm
05.09.2011 - 10:59
“Qazaxıstanla oyuna da ciddi hazırlaşırıq”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının və “Qəbələ” klubunun müdafiəçisi Vurğun Hüseynov deyib.
Avro-2012-nin seçmə qrup mərhələsi çərçivəsində sabah Tofiq Bəhramov adına Respublika stadionunda Qazaxıstan millisi ilə üz-üzə gələcək millimiz Astanadakı yenilginin əvəzini çıxmaq niyyətindədir. Ötən həftə qrupun güclü komandalarından hesab edilən Belçika ilə heç-heçə edən yığmamız bu dəfə qələbə qazanmaq haqda düşünür: “Belçika ilə heç-heçə Qazaxıstanla oyunöncəsi bizim üçün əla oldu. İnşallah, sentyabrın 6-da qələbə qazanıb, gücümüzü göstərəcəyik. Bu qarşılaşmada ancaq qələbəyə ümid edirəm”.
Azarkeşlərə də səslənən futbolçu onlardan tribunaları doldurmalarını istəyib: “Belçika ilə oyunda bizi sona qədər dəstəklədilər. Bu qarşılaşmada da onlardan stadionu doldurmalarını və bizə dəstək olmalarını gözləyirik”.

0
0