Qisas və rekord arzusu
05.09.2011 - 11:44
Sabah Avro-2012-nin seçmə mərhələsinin növbəti oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, A qrupunda mübarizə aparan Azərbaycan milli komandası qrupdakı 8-ci matçında Qazaxıstanla görüşəcək. 3 gün əvvəl Belçikadan xal alan millimiz yüksək əhval-ruhiyyə ilə çıxacağı görüşə qisas və rekord arzusu ilə başlayacaq. Məsələ ondadır ki, yığmamız indiyədək bu rəqiblə keçirdiyi 3 seçmə oyununda qalib gələ bilməyib. Üstəlik, 3 ay əvvəl Astanada acınacaqlı məğlubiyyət almaqla rəqibini sevindirib. İndi həmin yenilginin qisasına alacaq Berti Foqtsun yetirmələri tarixinin rekordunu da müəyyənləşdirə bilər. İndiyədək ən yaxşı halda seçmə mərhələni 5 xalla bitirən komandamız qalib gəlməklə bu rekordu 2 xal üstələyəcək. Bununla da 4-cü olan Avstriyaya çatacaq yığmamız mərkəzi avropalılarla Bakıdakı görüşdə daha böyük rekordlara çatmaq imkanı əldə edəcək.
Avro-2012-nin seçmə mərhələsi
I qrup
20:00. AZƏRBAYCAN – QAZAXISTAN
Baş hakim: Anders Hermansen
Hakim köməkçiləru: Martin Vulf, Anders Norrestrand, Kenn Pii Hansen (hamısı Danimarka)
Hakim-inspektor: Marinus Koopman (Hollandiya)
UEFA nümayəndəsi: Velid İmamoviç (Bosniya və Herseqovina)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Avro-2012-nin seçmə mərhələsi
I qrup
20:00. AZƏRBAYCAN – QAZAXISTAN
Baş hakim: Anders Hermansen
Hakim köməkçiləru: Martin Vulf, Anders Norrestrand, Kenn Pii Hansen (hamısı Danimarka)
Hakim-inspektor: Marinus Koopman (Hollandiya)
UEFA nümayəndəsi: Velid İmamoviç (Bosniya və Herseqovina)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
1 | Almaniya | 8 | 8 | 0 | 0 | 28-5 | 24 |
2 | Türkiyə | 7 | 4 | 1 | 2 | 11-8 | 13 |
3 | Belçika | 8 | 3 | 3 | 2 | 16-11 | 12 |
4 | Avstriya | 7 | 2 | 1 | 4 | 12-16 | 7 |
5 | AZƏRBAYCAN | 7 | 1 | 1 | 5 | 6-19 | 4 |
6 | Qazaxıstan | 7 | 1 | 0 | 6 | 3-17 | 3 |
0
0