“Yığmamız Makedoniya ilə matçdakı kimi oynasa şansımız az olacaq”
05.09.2011 - 12:02
“Yığmamız Makedoniya ilə matçdakı kimi oynasa şansımız az olacaq”
“Əsası odur ki, Makedoniya ilə matçda 3 xal qazana bildik. Bu rəqibi qiymətləndirməməyə dəyməzdi. Makedoniya elə komanda deyil ki. onları yeriyə-yeriyə udmaq olsun”. Apasport.az saytının məlumatına görə, bu sözləri Zaqatalanın “Simurq” klubunun baş məşqçisi Sergey Yuran deyib.

Rusiya milli komandasının sabiq hücumçusu doğma yığmasının Avro-2012-nin seçmə mərhələsindəki çıxışını dəyərləndirib. Yuran Makedoniya ilə matçdakı qələbə və qarşıdakı İrlandiya ilə görüş haqda da fikirlərini açıqlayıb: “Yığmamız İrlandiya ilə oyunda da Makedoniya ilə matçdakı kimi oynasa şansımız az olacaq. Final mərhələsinə çıxmaq şanslarından danışmaq hələ tezdir. Qrupumuzda 3 favorit var və onlar Avro-2012-yə vəsiqənin sahibini öz aralarında müəyyənləşdirəcəklər”.