“Xəzər Lənkəran”la “Sumqayıt Şəhər”in fərqi
05.09.2011 - 11:20
Premyer Liqanın arxada qalan 4 turu ərzində keçirilmiş 22 qarşılaşmada qapılara 53 qol vurulub. Apasport.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, avqust ayı üçün orta hesabla məhsuldarlıq göstəricisi hər oyuna 2,48 qoldur.
Ən sərrast futolçular isə hərəyə üç qol vuran Ceyhun Sultanov (“Kəpəz”), Emeka Opara (“Xəzər Lənkəran”), Bahodir Nəsimov (“Neftçi”) və Sergey Artyuxdur (“Turan”). Bu bombardirlərin hamısının hesabında 1 dubl var.
Ən çox qol I tur çərçivəsində keçirilən “Kəpəz” - “Rəvan” qarşılaşmasında qeydə alınıb - 3:2. Ən böyükhesablı qələbəni isə “Neftçi” qazanıb. Son çempion III turda debütant “Sumqayıt Şəhər”i 4 cavabsız qolla məğlub etmişdi. 4 turda cəmi iki qarşılaşma qolsuz başa çatıb. Bunlar I turun “Qəbələ” - “Bakı” və II turun “Bakı” - “Simurq” qarşılaşmalarıdır. III turun tamamlanmamış “İnter” – “Bakı” qarşılaşmasında da hesab açılmamışdı.
Keçirdiyi 4 oyunda rəqib qapılarına 9 dəfə yol tapan “Xəzər Lənkəran” klubu ən məhsuldar hücum xəttinə sahib komandadır. Qapısından 8 top buraxan “Sumqayıt Şəhər”in isə müdafiə xətti ən zəiflərdəndir.

0
0