Berti Foqtsun köməkçisi Qazaxıstan yığmasını təriflədi
05.09.2011 - 12:43
“Belçika” ilə oyunun nəticəsi çoxları üçün gözənilməz oldu. Onlar Bakıya qrup 2-cisi kimi gəldiklərindən 3 xalla qayıdacaqlarını arxayınlıqla gözləyirdilər”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının məşqçisi Olaf Yansen deyib.
Almaniyalı mütəxəssis Avro-2012-nin seçmə mərhələsinin Qazaxıstanla sabahkı oyunu ərəfəsində mətbuat konfransında iştirak edib. O, bu dəfə də səhhətindəki problemi əsas gətirərək tədbirə qatılmayan həmyerlisi, baş məşqçi Berti Foqtsu əvəz edərək rəqib haqda danışıb: “Qazaxıstanla sabahkı matçda bizə asan olmayacaq. Komandamızı çətin oyun gözləyir. Qazaxıstan yığması seçmə mərhələnin əvvəlindəki komanda deyil, xeyli güclüdür. Avstriyaya son dəqiqələrdə uduzan komandanı Türkiyə ilə oyunda da gördüm. Onlar uzatma dəqiqələrində qol vurub Türkiyəni də məğlub edə bilərdilər. Güclü müdafiə xətləri və Ostapenko, Qridin kimi hücumçuları var”.

0
0