Türkiyə millisinin hücumçusu üçün yeni komanda
05.09.2011 - 14:35
Türkiyə millisinin hücumçusu üçün yeni komanda
“Qalatasaray” növbəti transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, istanbullular Türkiyə milli komandasının hücumçusu Sərcan Yıldırımı heyətinə qatıblar.

21 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. “Qalatasaray” “Bursaspor”a transfer üçün isə 3 milyon avro ödəyib və gənc futbolçusu Musa Çağıranı verib.