“Bu, tam başqa oyun olacaq”
05.09.2011 - 14:41
Avro-2012-nin seçmə mərhələsinin Qazaxıstanla sabahkı oyunu ərəfəsində Azərbaycan milli komandasının məşqçisi Olaf Yansenin iştirakı ilə mətbuat konfransı baş tutub. Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis media nümayəndələrinin suallarına cavab verib.
- Əvvəlcə Qazaxıstanla oyuna hazırlıq barədə məlumat verərdiniz…
- Belçika ilə oyunun nəticəsi çoxları üçün gözlənilməz oldu. Onlar Bakıya qrup ikincisi kimi gəlmişdilər. Burda 3 xal qazanacaqlarına arxayın idilər. Amma belə olmadı. Qazaxıstanla oyuna gəldikdə, bizi çox çətin qarşılaşma gözləyir. Onlar üzərində qələbə qazanmaq asan olmayacaq. Bu komanda seçmə mərhələnin əvvəlində ilə müqayisədə indi fərqli oyun nümayiş etdirir.
Qazaxıstan yığması Avstriya ilə matçın əlavə dəqiqələrində qapısından top buraxdı. İstanbulda Türkiyə ilə oyunu isə izləmişəm. Rəqibimizin əlavə vaxtda qol vurub qələbə də qazanmaq şansı da var idi. Yaxşı müdafiə olunurlar. Komanda şəklində isə oyun boyu çox fəal görsənirlər. Seçmə mərhələnin əvvəlindən fərqli olaraq, Qazaxıstanın hücum xətti də yaxşı təsir bağışlayır. Onlardan Ostapenko, Qridin, Konısbayev, Şmidtqalın adlarını qeyd edə bilərəm. Qazaxıstan yığması fiziki baxımdan da yaxşı vəziyyətdədir. Yenə 4 gün ərzində iki oyun keçirəcəyik. Bizim futbolçular bu qrafikdə oynamağa öyrəşməyiblər. Məsələn, “Qarabağ” Avropa Liqasında oynayan zaman həftəsonu keçiriləcək çempionat oyunu təxirə salınırdı. Bu baxımdan rəqib bizdən üstündür. Son məşqdə elə edəcəyik ki, futbolçularımız meydanda soyuqqanlı olsunlar, qələbə qazanmaq üçün əllərindən gələni etsinlər. Azarkeşlərin də bizi sona qədər dəstəkləyəcəklərinə ümid edirəm. Onlar öz “uğultuları” ilə rəqibin qol vurmasına imkan verməyəcəklər.
- İlk oyunda da gördük ki, Qridin müdafiəçilər üçün daim problem yaradır. Ona qarşı hansısa xüsusi tədbir görmüsünüzmü?
- Sergeyin oyununu izləmişəm. Həqiqətən də yaxşı futbolçudur. Boyunun uca olması çox vaxt işinə yarayır. Amma bizim müdafiəçilərdən hansısa fərdi şəkildə Qridinə qarşı oynamayacaq. Onun qol vurmasına bütövlükdə müdafiə xəttimiz mane olacaq.
- Oyun baxımından sabah baş tutacaq matçda hansı dəyişikliklər olacaq?
- Biz sürətli, hücumameyilli futbol oynayacağıq. Bununla da rəqib qapısı qarşısında qol epizodu yaradıb, fərqlənməyə çalışacağıq. Qazaxıstan yığmasına öz oyununu qurmağa imkan verməyəcəyik. Müdafiədə sıxlıq yaratmaqla bunun qarşısını alacağıq və sürətli oyunçularla irəli atılacağıq.
- Səhhətində problem yaranan Berti Foqts indi özünü necə hiss edir?
- Onun sağlıq durumu indi yaxşıdır. Mən 3 ildir ki, komandada işləyirəm. Beynəlxalq oyunlar zamanı həm matçdan əvvəl, həm də sonra keçirilən mətbuat konfransına köməkçi-məşqçinin gəlməsi normaldır. Bu qərarı baş məşqçi qəbul edir.
- Heyətlə bağlı nə deyə bilərsiniz? Çünki Elnur Allahverdiyevin sarı vərəqə limitinə görə oynamayacağı dəqiqdir. Aqil Nəbiyevin isə zədəsi var. Eyni zamanda Belçika ilə görüşdə pleymeyker kimi çıxış edən Aleksandr Çertoqanovun Rəşad Sadiqovla əvəzlənməsi realdırmı?
- Bu suala açıq şəkildə cavab vermək istəmirəm. Niyəsini özünüz də bilirsiniz. Amma vəziyyəti bilirik və nəticəni meydanda görəcəksiniz.
- Bu gün millidə pleymeyker problemi var. Belə olan təqdirdə Ceyhun Sultanovun yığmaya dəvət edilməməsi nə ilə bağlıdır?
- Yığmanın qapıları hər bir azərbaycanlı futbolçunun üzünə açıqdır. Həftəsonu keçirilən oyunlar zamanı onlar özlərini yaxşı tərəfdən göstərməlidirlər ki, biz də həmin futbolçuları yığmaya dəvət edək. Bu sözlər Ceyhun Sultanova da aiddir.
- Taktiki baxımdan necə, dəyişiklik olacaqmı?
- Bu, tam başqa oyun olacaq. Həm də 90 dəqiqə sürətli futbol oynamaq üçün fiziki cəhətdən buna hazır olmaq lazımdır. Futbolçuların buna nə dərəcədə hazır olduqlarını meydanda görəcəyik. Yenə qeyd edirəm ki, bizim klublar bu qrafikdə oynamağa hazır deyillər. Ancaq məşq prosesini elə qurmuşuq ki, 90 dəqiqə mübariəz aparmağa fikizki gücümüz yetsin. Budəfəki oyun hər iki komanda üçün Türkiyə - Qazaxıstan və Azərbaycan – Belçika matçlarından fərqli olacaq.
- Belçika ilə oyun bir daha göstərdi ki, Vaqif Cavadov fiziki baxımdan hazır deyil. O, meydanda gəzişir, tez-tez top itirir. Onu başqa futbolçu ilə əvəzləməyi düşünürsünüzmü?
- Oyunçular barədə bu cür açıqlama verməyin tərəfdarı deyiləm. O, komandanın bir hissəsidir və Azərbaycanı təmsil edir. Uğurlu nəticə qazanmaq üçün əlindən gələni edir. Bu sözlər tək Vaqifə yox, Rəşada və digər futbolçulara da aiddir.
- Qazaxıstanla oyunda hücum futboluna üstünlük verəcəyinizi deyirsiniz. Onlar ilk dəqiqələrdən hücuma atılsalar, bu sizin üçün sürpriz olmayacaq?
- Qazaxıstanla Astanada oynamışıq, Türkiyə ilə keçirdikləri oyunu da izləmişik. Onların bizə qarşı tam fərqli oyun nümayiş etdirəcəklərini bilirik.
- Əsas problemlərdən birinin fiziki hazırlıqla bağlı olduğunu qeyd etdiniz. Hazırkı heyət imkan verirmi dəyişiklik etməklə, Belçika ilə matçın yorğunluğunu da üzərinizdən atasınız?
- Millinin heyəti elə də geniş deyil. Bir neçə mövqedə dəyişiklik mütləq olacaq. Bu gün Azərbaycanın ən yaxşı futbolçuları yığmanın düşərgəsindədirlər. Bununla belə, çox dəyişiklik etmək üçün kifayət qədər futbolçumuz yoxdur.
- Belçika ilə oyun göstərdi ki, komanda müdafiədən hücuma çıxarkən çətinlik çəkirdi. Bu baş məşqçinin tapşırığı idi, yoxsa rəqibin açılmasını gözləyirdiniz?
- Komandanın müdafiədən hücuma tez və ya gec qoşulması rəqibin gücündən, səviyyəsindən asılıdır. Onların futbolçularının hansı klublarda oynadıqlarını nəzərə alsaq, bu komandadan xal alacağımızı gözləmirdik. Qazaxıstanla oyun isə tam fərqli olacaq. Hücuma meyilli futbol nümayiş etdirəcəyik.

0
0