Qazaxıstan yığmasında 2 itki
05.09.2011 - 17:02
Avro-2012-nin seçmə mərhələsinin sabahkı oyununda Azərbaycan milli komandasının rəqibi olan Qazaxıstan yığması 2 itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, rəqibimiz mərkəz müdafiəçisi Muxtar Muxtarov və sol cinah yarımmüdafiəçisi Henrix Smidtqal Bakıdakı matçda oynamayacaq. Buna onların Türkiyə ilə görüşdə zədələnmələri imkan verməyəcək. Belə ki, Muxtarın burnu qırılıb. Henrix isə dizindəki ağrılardan əziyyət çəkir. Artıq yığmanın düşərgəsindən ayrılaraq Bakıya gəlməyən futbolçular qarşılaşmanı televizya ilə izləməyə məcburdurlar.
0
0