“Herta”nın oyununda azərbaycanlı - FOTO
05.09.2011 - 23:05
Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanovun Almaniya səfərinin son gününün proqramı bəlli olub. Apasport.az saytının məlumatına görə, gənc mütəxəssis Bakıya qayıtmazdan öncə Bundesliqa oyununu canlı izləyəcək.
Belə ki, Almaniya çempionu “Borussiya”nın (Dortmund) məşqlərində iştirak edən Qurbanov son olaraq bu komandanın rəsmi oyununa tamaşa edəcək. Son çempion hesabat turunda doğma meydanda “Herta” ilə görüşəcək. Həmin oyun sentyabrın 10-da baş tutacaq.
Qurban Qurbanov məhz bu oyundan dərhal sonra Azərbaycana qayıdacaq. Onun rəhbərlik etdiyi “Qarabağ” komandası isə sentyabrın 11-də səfərdə “Sumqayıt Şəhər”in qonağı olacaq. Baş məşqçi bu oyuna yetişib, komandanı oyuna çıxaracaq.
Qeyd edək ki, Qurban Qurbanov sentyabrın 4-də Almaniya “Borussiya”nın düşərgəsinə yollanıb.

0
0