“Bəzi şeylər müqayisəyə gəlmir” - MÜSAHİBƏ
05.09.2011 - 23:13
Ağdamın “Qarabağ” klubunun və U-21 yığmasının müdafiəçisi Qara Qarayevin apasport.az saytına müsahibəsi.
- U-21 yığması növbəti seçmə mərhələyə böyük hesablı məğlubiyyətlə başladı. İngiltərəyə 0:6 hesabı ilə uduzduğunuz görüş barədə nə deyə bilərsiniz?
- Biz oyuna yaxşı hazırlaşmışdıq. Amma rəqib olduqca güclü idi. Odur ki, onlarla oyunda heç nə edə bilmədik.
- Bu acınacaqlı nəticəyə görə məşqçilər sizə nə dedilər?
- Sözsüz ki, yaxşı nəticə ümidində idik. Təəssüf ki, reallıq tam başqadır. Reallıqda İngiltərə yığması bizdən qat-qat güclüdür. Reallıq göz qabağında olduğu halda məşqçilər nə deməlidir? Oyunu müzakirə etdik. Onların bizi hər cəhətdən üstələməsini gördük.
- İngiltərəyə qarşı oynamaq azərbaycanlı futbolçu üçün nə deməkdir?
- U-21 yığmaları oynasa da, yaşlı azarkeşlər tribunaları doldurmuşdular. Bu İngiltərədə futbolun təbəqələrə bölünməməsini göstərir. Bu görüşdə mübarizə aparmaq, mənim üçün əlavə təcrübə idi. Fikrimcə, bu oyunun sayəsində Avropa təcrübəmi müəyyən qədər artırdım. Orada meydan, azarkeş sanki futbol üçün yaranıb.
- Azərbaycan U-21-nin heyətində istedadlı futbolçular toplanıb. Bəs komandada əsas çatışmayan nədir?
- Bəzi şeylər müqayisəyə gəlmir. Yəni elə məqam var ki, aradakı boşluğu aradan qaldırmaq üçün xeyli zamana ehtiyac var. Bəzi ölkələr artıq 50-60 ildir ki, Avropada nəticələr qazanırlar. Biz isə bu yolda hələ təzə-təzə irəliləyirik. İnanıram ki, qarşıdakı illərdə daha yaxşı nəticələr əldə edəcəyik. Əslində, biz oyunlara yaxşı hazırlaşırıq. Hətta komandamızın sona qədər mübarizə apardığını da çəkinmədən söyləyə bilərəm. Sadəcə olaraq, biz həmin rəqiblərə fərdi mübarizələrdə uduzuruq. Yəni şəxsi keyfiyyətlərimiz istənilən səviyyədə deyil.
- U-21 yığmasının baş məşqçisi Bernard Lippert uzun müddətdir ki, Azərbaycandadır. Hələ də ciddi nəticə qazana bilməyən alman mütəxəssis barədə nə deyə bilərsiniz?
- Milli komandanın baş məşqçisi kimi Premyer Liqanın oyunlarını izləyir. Mən onu dəfələrlə qarşılaşmalarda görmüşəm. Onu maraqlandıran futbolçuların elita təcrübəsidir. Fikrimcə, Lippert milli komandaya çağırılan futbolçuların hamısını yaxşı tanıyır. Alman mütəxxəsisin məşqləri də yaxşıdır. Fikrimcə, bizim baş məşqçi baxımından heç bir problemimiz yoxdur.
- Sentyabrın 6-da qrupda ikinci görüşünüzü keçirəcəksiniz. Belçika ilə qarşılaşmadan nə gözləyək?
- Bildiyiniz kimi, bizim əsas millimiz Bakıda Belçika millisi ilə heç-heçə edib. Biz artıq Belçikadayıq və danışılanlardan belə qənaətə gəlmək olar ki, onlar hələ də heç-heçəni həzm etməyiblər. Belçikanı zəif rəqib hesab etmirəm. Çünki bu komandada çox sürətli futbolçular yer alıb. Onlar bizimlə müqayisədə güclü, İngiltərə ilə müqayisədə çox zəifdirlər. Azarkeş meydan və nüfuz amili onların tərəfində olsa da, biz nəticə qazanmağı qarşımıza məqsəd qoymuşuq.
- Əsas milli belçikalılarla heç-heçə edirsə, gənclərimiz niyə qələbə qazanmasınlar ki?
- Bizim heyət normaldır. Artıq ilk oyun həyəcanını da arxada qoymuşuq. Yəni belçikalılarla başabaş mübarizə apara bilərik. Əlbəttə ki, qələbə qazansaq bu lap əla olar. Əsas məqsədimiz də millinin qazandığı uğurun davamını gətirməkdir.
- Artıq Azərbaycan U-21 yığmasının və “Qarabağ” klubunun əsas futbolçularından sayılırsınız. Bir futbolçu kimi qarşıdakı planlarınız nədən ibarətdir?
- Sevinirəm ki, futbolçuyam. “Qarabağ” kimi klubda oynamaq böyük şərəfdir. Amma bunu son hədd hesab etmək zəiflik olar. Futbolçu kimi ciddi planlarım var. Əvvəlcə “Qarabağ”la uğur qazanmaq, əsas milli komandaya düşmək qismət olarsa, Avropada da oynamaq istəyirəm. İndiki vəziyyətdə əsas məqsədim komandanın əsas heyətində yerimi qorumaqdır.
- “Qarabağ”ın heyətində birdən-birə oynamağa başladınız. Maksim Medvedev tam sağaldıqdan sonra da Qurban Qurbanov əsas heyətdə yenə sizə güvənəcəkmi?
- Maksimin zədələnməsindən sonra Avropa Liqasında mübarizə aparmaq imkanı qazandım. Bu yarışda oynamaq hər bir futbolçunun ümdə arzu-istəklərindəndir. Avropa Liqasında oynamaq mənə çox şey verdi. Artıq həm məşqlərdə, həm də oyunlarda da hiss edirəm ki, dəyişmişəm.
- “Qarabağ” rəhbərliyi çempionluqdan dəm vursa da, baş məşqçinin heyətlə bağlı seçim imkanı çox məhduddur. Sizcə, bu heyət rəhbərliyin arzusunu həyata keçirməyə qadirdirmi?
- “Qarabağ”ın bir az bəxti gətirmədi. Ard-arda əsas futbolçularımızdan bir neçəsi zədələndi. Amma yavaş-yavaş hər şey qaydasına düşür. İnşallah, zədəlilərimiz qayıtdıqdan sonra heyətlə bağl problemimiz olmayacaq. Biz hər mövsüm yüksək yerlər uğrunda döyüşmək barədə fikirləşirik. Artıq çempion olmağın vaxtıdır. Bu il qızıl medallara sahib çıxmaq üçün sona qədər savaşmalıyıq.
- Bildiyimiz kimi, çempionluq yolunda əsas rəqibləriniz sizinlə müqayisədə xeyli gücləniblər. Sizin medallar uğrunda mübarizədə əsas rəqibiniz hansı komandadır?
- Heyətə yeni futbolçular cəlb etmək heç də güclənməyə dəlalət etmir. Bəzən 10-a yaxın futbolçu gəlsə belə, komandanın çıxışında irəliləyiş nəzərə çarpmır. Fikrimcə, heyətlərə baxıb komandaları qruplara bölüşdürmək olmaz. Çempionatda olan bütün komandalar güclüdür. Onların hər biri bizim üçün əsas rəqibdir.

0
0