Almanlar Türkiyə yığmasını bizimlə oyuna hazırlayır
06.09.2011 - 08:49
Almanlar Türkiyə yığmasını bizimlə oyuna hazırlayır
Avro-2011-in final mərhələsində Azərbaycan milli komandasının rəqibi Türkiyə yığmasının növbəti yoldaşlıq görüşlərinin vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, “ay-ulduzlular” Almaniya voleybolçuları ilə güclərini yoxlayacaqlar.

Rəqibimiz sentyabrın 10-da və 11-də almanlarla 2 matçda qüvvələrini sınayacaqlar.

Qeyd edək ki, türklər Bolqarıstan yığması ilə keçirdikləri 2 yoldaşlıq matçında 3:0 hesabı ilə qələbə qazanmışdılar.