Rəqibimiz İsrailə də “dərs” keçdi
06.09.2011 - 09:25
Milli komandaların iştirakı ilə yoldaşlıq oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Avropa təmsilçilərinin qitə çempionatının seçmə oyunlarını bu gün keçirdiyi vaxtda digərləri yoxlama matçlarında qüvvəsini sınayıb. Braziliya yığmasının Qananı 1:0 hesabı ilə məğlub etdiyi gündə Boliviya ilə Peru qolsuz heç-heçə ilə ayrılıb.
Əsas millilərlə yanaşı U-21 komandalarının da yoldaşlıq matçları baş tutub. Avro-2013-ün seçmə mərhələsində Azərbaycan milli komandası (U-21) ilə eyni – 8-ci qrupda yer alan İngiltərə yığması İsraili sınağa çəkib. Bu oyundan 4 gün əvvəl millimizə “dərs” keçən (6:0) futbolun yaradıcıları israillilərə də pulsuz “dərs” verib – 4:1. Hesabı qonaqların açmasına baxmayaraq Uaqhom, Sordell, Delfunezo və Lansburi hərəyə 1 dəfə fərqlənməklə əzkar darmadağını rəsmiləşdiriblər. Özü də bütün qollarını fasilədən sonra vuran britaniyalılar 4 qolu 33 dəqiqə ərzində rəqib qapısından keçiriblər.

0
0