“Neftçi”nin 881 günlük həsrəti və ya yubileylərlə yadda qalacaq “Böyük oyun”
06.09.2011 - 10:22
Azərbaycan Premyer Liqasının qarşıdakı V turunda “Xəzər Lənkəran” “Neftçi”ni qəbul edəcək. Apasport.az saytının məlumatına görə, bu isə o deməkdir ki, Lənkəran publikası ümumilikdə 22-ci, Premyer Liqada 20-ci “Böyük oyun”un şahidi olacaq.
İndiyədək bu rəqiblə 21 dəfə üz-üzə gələn “Xəzər Lənəran” 19 çempionat və 2 kubok qarşılaşmasında prinsipial derbi əhəmiyyətli matça çıxıb. Çempionatdakı 1 matçın – “Qızıl oyun”un neytral meydanda, Gəncədə baş tutduğunu nəzərə alsaq hər komanda 10 dəfə meydan sahibi olub. Lənkəranda baş tutacaq 11-ci matçadək rəqiblər 9 çempionat və 1 kubok oyununu bu şəhərdə keçiriblər. Maraqlıdır ki, çempionat oyunlarının hamısında I dövrə oyunu Lənkəranda keçirilir.
22-ci oyun ərəfəsində ümumi balansda hələlik “Neftçi” öndədir, “Xəzər Lənkəran” isə ondan cəmi 1 qələbə geridədir. Daha çox heç-heçənin qeydə alındığı duellərdə Lənkəran təmsilçisi “Neftçi”yə 6 dəfə uduzub ki, bunun da sonuncusu 2009-cu il aprelin 12-də baş verib. Bakıdakı 1:2 hesablı məğlubiyyətdən sonra ötən təxminən 2 il yarımda, daha dəqiqi 881 gündə “Xəzər Lənkəran” prinsipial rəqibinə uduzmur. Özü də 12 aprel tarixindəki həmin matçdan sonra rəqiblər nə az, nə çox 10 dəfə üz-üzə gəliblər. Bu matçlarda lənkəranlılar 2 dəfə qalib gəlib və digər matçlarda 1 xalla kifayətlənib. Ümumilikdə, onlar 5 dəfə qalib gəlməsinə baxmayaraq, daha inamlı qələbələr qazanması sayəsində top fərqində rəqibdən geri qalmır – 19:19.
Bu tur lənkəranlı azarkeşlər də “Böyük oyunlar”da vurulan yubiley – 20-ci qol, ümumi balansı tarazlaşdıracaq qazanılacaq 6-cı qələbə və top fərqində üstünlük qazanmağı gözləyir. Evdə keçirilən matçlarda isə bu üstünlük çoxdan formalaşıb. “Xəzər Lənkəran” 10 matçda 3 qələbə qazanıb, 5 heç-heçə edib və 2 dəfə uduzub. Top fərqi isə 8:6-dır.
Azərbaycan çempionatı
2004/05 mövsümü
08.12.2004. “Xəzər Lənkəran” – “Neftçi” – 1:1
Oktay Dərəlioğlu – Emin Quliyev
11.05.2005. “Neftçi” – “Xəzər Lənkəran” – 2:1
Zaur Tağızadə (2) – İlqar Qurbanov
“Qızıl oyun”
10.06.2005 “Neftçi” – “Xəzər Lənkəran” – 2:1
Ruslan Abbasov, Zaur Tağızadə - Alim Qurbanov
2005/06 mövsümü
18.12.2005. “Xəzər Lənkəran” – “Neftçi” – 0:1
Nadir Nəbiyev
30.05.2006. “Neftçi” – “Xəzər Lənkəran” – 2:2
Branimir Subaşiç, Svetoslav Stefanov – Mahmud Qurbanov, Xaqani Məmmədov
2006/07 mövsümü
11.08.2006. “Xəzər Lənkəran” – “Neftçi” – 2:1
Zaur Ramazanov (2) – Svetoslav Stefanov
16.02.2007. “Neftçi” – “Xəzər Lənkəran” – 1:0
Vadim Borets
2007/08 mövsümü
10.11.2007. “Xəzər Lənkəran” – “Neftçi” – 0:1
Georgi Adamiya
11.05.2008. “Neftçi” – “Xəzər Lənkəran” – 0:1
Rəşad Abdullayev
2008/09 mövsümü
19.10.2008. “Xəzər Lənkəran” – “Neftçi” – 2:0
İvan Svetkov, Rəşad Abdullayev
12.04.2009. “Neftçi” – “Xəzər Lənkəran” – 2:1
Zaur Tağızadə, Əli Cansun – Əhməd Dursun
2009/10 mövsümü
İlkin mərhələ
08.11.2009. “Xəzər Lənkəran” – “Neftçi” – 0:0
17.02.2010. “Neftçi” – “Xəzər Lənkəran” – 0:0
Final mərhələsi
27.03.2010. “Xəzər Lənkəran” – “Neftçi” – 0:0
01.05.2010. “Neftçi” – “Xəzər Lənkəran” – 0:0
2010/11 mövsümü
İlkin mərhələ
25.09.2010. “Xəzər Lənkəran” – “Neftçi” – 1:0
Dieqo Ruiz
13.02.2011. “Neftçi” – “Xəzər Lənkəran” – 0:0
Final mərhələsi
18.03.2011. “Xəzər Lənkəran” – “Neftçi” – 1:1
Julius Vobay - Rodriqo Sezar Kastro
18.05.2011. “Neftçi” – “Xəzər Lənkəran” – 1:1
Cavid İmamverdiyev - Julius Vobay
Azərbaycan kuboku, 1/4 final
03.03.2011. “Neftçi” – “Xəzər Lənkəran” – 3:4
Flavio Aleks Valensio (2), Slavko Georgiyevski - Uinston Parks, Manuel Skarlatake, Julius Vobay, Andrei Mureşan
08.03.2011. “Xəzər Lənkəran” – “Neftçi” – 1:1
Uinston Parks - Flavio Aleks Valensio
Mənbə: lankaranfc.com

0
0