“Böyük oyunlar”ın məğlubedilməzi üçün 7-ci sınağ
07.09.2011 - 08:54
“Böyük oyunlar”ın məğlubedilməzi üçün 7-ci sınağ
Sentyabrın 10-da keçiriləcək “Xəzər Lənkəran” – “Neftçi” oyunu rəqiblər arasında 22-ci duel olacaq. Apasport.az-ın Lənkəran təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, bu matça kimi baş tutan 21 görüşə ev sahiblərini 6 müxtəlif baş məşqçi çıxarıb.

“Böyük oyun” kimi tanınan prinsipial duelə 7-ci dəfə komandanı çıxaracaq Mirça Rednik “Xəzər Lənkəran”la ən yaxşı nəticə göstərən mütəxəssisdir. “Ağ-yaşıllar” məhz Rednikin rəhbərliyi altında daha çox – 8 dəfə “Neftçi”nin qapısına yol tapıb, daha çox – Ağasəlim Mircavadovla olduğu qədər qalib gəlib və eyni sayda xal toplayıb. Amma bu postdakı sələfindən fərqli, rumıniyalı 6 matçın heç birində uduzmayıb.

“Xəzər Lənkəran”ın “Böyük oyun”lardakı məşqçiləri

Mirça Rednik
6
2
4
0
8-6
10
Ağasəlim Mircavadov
8
2
4
2
3-3
10
Rasim Kara
4
1
1
2
5-5
4
Viktor Pasulko
1
0
1
0
2-2
1
İqor Ponomaryov
1
0
0
1
1-2
0
Şenol Fidan
1
0
0
1
0-1
0
Cəmi
21
5
10
6
19-19
25