Paytaxtda qonaq komandanın azarkeşi öldürülüb
07.09.2011 - 12:20
Paytaxtda qonaq komandanın azarkeşi öldürülüb
Avro-2012-nin seçmə mərhələsinin oyunları bədbəxt hadisə ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, İngiltərə və Uels arasında Böyük Britaniya derbisi ölümlə nəticələnib.

Londonda keçirilən görüşdən sonra başından xəsarət alan təxminən 40 yaşı olan azarkeşi xəstəxanaya çatdırılıb. Vəziyyəti ağır olan fanat 2 saat sonra ölüb. Böyük Britaniya polisi Uels yığmasının azarkeşinin ölümü ilə bağlı araşdırmaya başlayıb.