“Biz revanş almaq üçün bu qarşılaşmanı səbirsizliklə gözləyirdik”
07.09.2011 - 12:29
“Qələbə qazandığımız üçün xoşbəxtəm, sevinirəm. Azarkeşlərimizi təbrik edirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının və “Xəzər Lənkəran” klubunun müdafiəçisi Elnur Allahverdiyev deyib.
Avro-2012-nin seçmə mərhələsində Qazaxıstan futbolçuları üzərində qazanılan 3:2 hesablı qələbəyə münasibət bildirən futbolçu oyunu kənardan izləməyin daha çətin olduğunu bildirib: “Əlbəttə, mən də meydana çıxmaq, bu qələbədə pay sahibi olmaq istəyirdim. Ancaq Belçika ilə matçda sarı vərəqə limitini doldurduğum üçün görüşü tribunadan izlədim. Kənardan baxmaq çox çətindir. Meydanda olarkən bu qədər çətinlik çəkmirsən”.
Allahverdiyev bildirib ki, bu qələbə ilə milli istənilən komandanı büdrədə biləcək gücdə olduğunu sübut edib: “Biz sübut etdik ki, futbol oynaya bilirik. Uşaqlar çox əziyyət çəkdilər. Xüsusilə də, Mahir Şükürov komandanı çox sevindirdi. Həm məhsuldar ötürmə verdi, həm də qol vurdu”.
Astanadakı oyunla müqayisədə Bakıdakı görüşdə qələbəyə daha istəkli olduğumuzu qeyd edən futbolçu bunun səbəbini belə izah edib: “Onlar bizi məğlub etmişdilər. Biz də səbirsizliklə bu qarşılaşmanı gözləyirdik ki, revanş alaq. Şükürlər olsun ki, məqsədimizə çatdıq”.

0
0