Azərbaycan yığmasının yeni rekordçusu
07.09.2011 - 12:56
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts yeni rekord müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, Avro-2012-nin seçmə mərhələsinin Qazaxıstanla oyunu almaniyalı mütəxəssis üçün əlamətdar olub. Matçda qazanılan 3:2 hesablı qələbə Foqtsun yığmamızın baş məşqçi postunda 8-ci qələbəsi olub. Bunadək almaniyalı 7 dəfə qələbə sevinci yaşamışdı.
Foqtslu yığmanın bütün qələbələri
1. 4 iyun 2008. Andorra-la-Vella. YO. Andorra - Azərbaycan 1:2
2. 15 oktyabr 2008. Manama. YO. Bəhreyn - Azərbaycan 1:2
3. 10 oktyabr 2009. DÇ. Vaduts. Lixtenşteyn - Azərbaycan 0:2
4. 18 noyabr 2009. BT. Əl-Ayn. Azərbaycan - Çexiya 2:0
5. 25 fevral 2010. YO. Əmman. İordaniya - Azərbaycan 0:2
6. 3 mart 2010. YO. Lüksemburq. Lüksemburq - Azərbaycan 1:2
7. 12 oktyabr 2010. AÇ. Bakı. Azərbaycan - Türkiyə 1:0
8. 6 sentyabr 2011. AÇ. Bakı. Azərbaycan – Qazaxıstan 3:2
8-ci qələbəni qazanmaqla Foqts heç bir mütəxəssisin bacarmadığına imza atıb. Belə ki, yığmanın tarixində olan 31 qələbədə ən böyük pay sahibi məhz almaniyalıdır. Digər baş məşqçilər isə daha az sevinib. Bu oyunadək Vaqif Sadıqovla şərikli rekordçu olan Foqts artıq 7 qələbəsi olan Sadıqovu arxada qoyub.
Yığmada qələbə qazanan baş məşqçilər.
1. Berti Foqts – 8
2. Vaqif Sadıqov – 7
3. Şahin Diniyev – 4
4-5. Kazbek Tuayev, Ələkbər Məmmədov – 3
6-7. Karlos Alberto Torres, İqor Ponomaryov - 2
8-9. Əsgər Abdullayev, Əhməd Ələsgərov - 1
Daha 3 çalışdırıcı yığmanın “sükanı arxasında” olsa da, qələbə nə olduğunu görməyib. Onlardan Ağasəlim Mircavadov 9, Qyoko Hacıyevski 3, Nazim Süleymanov 1 oyunda baş məşqçi postunda olub və sevinə bilməyib.
Qeyd edək ki, fasiləsiz olaraq, yığmamızı çalışdıran Foqts qələbə sayındakı rekordu bu postdakı 39-cu matçında rəsmiləşdirib. Bu uğurlardan başqa onun hesabında 10 heç-heçə və 21 məğlubiyyət də var. İndiyədək yığmamızla 30 qolun sevincini yaşayan almaniyalı 63 dəfə rəqibin dəqiq zərbəsinə üzülüb.

0
0