“Bakı”nın hücumçusu milliyə getməyinə peşman oldu
07.09.2011 - 13:27
“Bakı” klubunun futbolçusu Uinston Parks 1 illik fasilədən sonra kosta-Rika yığmasında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, hücumçu yığmasının Ekvadorla yoldaşlıq oyununun iştirakçısı olub. Kitoda keçirilən matçın ilk dəqiqələrindən meydanda olan Parks “Bakı”nın düşərgəsindən ayrılıb vətəninə yollanmağına da peşman olub. Belə ki, ekvadorlular Parks və komandasına “divan tutub”. Uinston 0:4 məğlubiyyəti “həzm etməli” olub. O, matçın 87-ci dəqiqəsində hesab 0:4 olarkən komanda yoldaşlarından biri ilə əvəzlənib.
Qeyd edək ki, Azərbaycanda oynadığı müddətdə ilk dəfə yığmaya çağırılan Uinston bir neçə gün əvvəl ABŞ üzərindəki 1:0 hesablı qələbə zamanı ehtiyatda qalmışdı.
Qeyd edək ki, Azərbaycanda oynadığı müddətdə ilk dəfə yığmaya çağırılan Uinston bir neçə gün əvvəl ABŞ üzərindəki 1:0 hesablı qələbə zamanı ehtiyatda qalmışdı.
0
0