2011-ci ilin “siftəsi” və ya 329 günlük həsrətə son
07.09.2011 - 13:42
2011-ci ilin “siftəsi” və ya 329 günlük həsrətə son
Azərbaycan milli komandası ilkə imza atıb. Apasport.az saytının məlumatına görə, Qazaxıstan milli komandası ilə keçirilən Avro-2012-nin seçmə oyunundakı qələbə yığmamızın 2011-ci ildə qazandığı ilk zəfərdir. Berti Foqtsun yetirmələri bu il keçirdiyi əvvəlki 6 görüşdə 1 heç-heçə edib, 5 məğlubiyyətə üzülmüşdü.

Lakin komandamızın uğursuz seriyası hələ ötən il başlamışdı. Millimiz Çernoqoroyadakı yenilgi ilə 2010-u məğlubiyyətlə bitirmişdi. 2011-ci ilin ilk qələbəsinədək isə uğursuz oyunlar seriyası 7-yə bərabər idi. Komandamız son dəfə ötən il oktyabrın 12-də sevinmişdi. Həmin vaxt Türkiyə üzərində 1:0 hesablı qələbədən sonra yığmamız heç cür qalib gəlmirdi. 329 günlük həsrətə elə eyni – Tofiq Bəhramov adına Respublika stadionunda son qoyuldu.

Qələbədən qələbəyə
12 oktyabr. AÇ. Bakı. Azərbaycan - Türkiyə 1:0
17 noyabr. YO. Podqoritsa. Çernoqoriya - Azərbaycan 2:0
9 fevral. YO. Dubay. Azərbaycan – Macarıstan 0:2
29 mart. AÇ. Brüssel. Belçika – Azərbaycan 4:1
3 iyun. AÇ. Astana. Qazaxıstan – Azərbaycan 2:1
7 iyun. AÇ. Bakı. Azərbaycan – Almaniya 1:3
10 avqust. YO. Bakı. Azərbaycan – Makedoniya 0:1
2 sentyabr. AÇ. Bakı. Azərbaycan – Belçika 1:1
6 sentyabr. AÇ. Bakı. Azərbaycan – Qazaxıstan 3:2