“Məndən çox şeylər gözlədiklərini bilirəm”
07.09.2011 - 16:12
“Hamıya məlumdur ki, “Qarabağ” Azərbaycanda ən çox rəğbət bəslənilən komandadır. Avrokuboklarda uğurlu çıxışla yanaşı sərgilədiyi baxımlı futbolla da azarkeşlər tərəfindən sevilir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ” klubunun yeni transferi Leonardo da Silva Roşa deyib.
Braziliyalı legioner klubun saytına açıqlamasında keçidinə münasibət bildirib: “Mənim də oyun üslubumun “Qarabağ”a uyğun gəldiyini düşünürəm. Çoxları məni məhz bu səbəbdən bu komandada görürdü. Məlum olduğu kimi, ötən mövsümün sonunda “Bakı”dan ayrıldıqdan sonra Braziliya klubuyla şifahi razılaşma vardı. Onlar da yerli futbol qurumuna lisenziyama görə müraciət etmişdilər. Bu səbəbdən keçidim bir qədər yubandı. Amma indi hər şey arxada qalıb. “Qarabağ”da ilk oyunuma çıxacağım günü səbirsizliklə gözləyirəm”.
Roşa yeni komandasına əlindən gələn köməyi edəcəyini də bildirib: “Bilirəm ki, mən “Qarabağ”ın 2-ci və sonuncu transferiyəm .Ona görə də məndən çox şeylər gözlədiklərini bilirəm. “Qarabağ”ın azarkeşləri çox çılğındır. Onlar heç yerdə komandalarını tək qoymurlar. Çalışacam ki, komandaya verəcəyim faydayla onları sevindirim. “Qarabağ”a uğur qazanmaq üçün gəlmişəm. İlk növbədə çempionluq, sonra isə Avrokuboklarda qrup mərhələsində oynamaq istəyirəm. “Qarabağ”ın buna qadir olduğunu düşünürəm”.

0
0