“Turan”ın qapıçısı qadağa ilə üzləşdi
07.09.2011 - 16:29
Tovuzun “Turan” klubunun qapıçısı Anar Nəzirova qadağa qoyulub. Apasport.az saytının məlumatına görə, 25 yaşlı qolkiper çempionatın 5-ci turunda meydançaya çıxa bilməyəcək.
Məsələ ondadır ki, Anar Nəzirov müqavilə ilə “Qəbələ” klubuna məxsusdur. “Turan” isə növbəti turda səfərdə “Qəbələ”nin qonağı olacaq. Şimal klubu qapıçısını rəqibə icarəyə verərkən müqaviləyə Anarın “Qəbələ”yə qarşı oynamayacağı bəndi əlavə edib. “Turan” da buna razılıq verdiyinə görə, Anar Nəzirovun “Qəbələ”yə qarşı oynaması mümkünsüzdür. Premyer Liqanın I turunda olduğu kimi baş məşqçi Əsgər Abdullayev qapını gənc Ramil Kərimova həvalə edəcək.
“Turan”ın problemi bununla yekunlaşmır. Belə ki, müxtəlif turlarda zədələnən Nadir Nəbiyev və Ayxan Abbasov da iddialı komandaya qarşı start heyətində meydançaya çıxa bilməyəcəklər.
Qeyd edək ki, “Qəbələ”- “Turan” görüşü sentyabrın 11-də keçiriləcək.

0
0