“Təyyarəçilər” kapitansız qaldı
07.09.2011 - 23:17
AZAL əsas futbolçularından birinin xidmətindən məhrum olub. Apasport.az saytının məlumatına görə, bu, komandanın kapitanı Aqil Nəbiyevdir. Mərkəz müdafiəçisi qarşıdakı iki turda iştirak edə bilməyəcək.
Futbolçu Azərbaycan və Qazaxıstan milli komandaları arasında keçirilən görüşdə zədəsini təzələyib. Belə ki, məşqlərin birində xəsarət alan Aqil zədəli-zədəli meydançaya çıxsa da, erkən əvəzlənməli olub.
Həkim müayinəsindən sonra futbolçunun zədəsinin ciddi olduğu meydana çıxıb. 29 yaşlı müdafiəçi ən azı bir həftə məşqlərdən kənarda qalacaq. AZAL-ın Premyer Liqanın 5-ci turunda səfərdə “Kəpəz”ə qarşı görüşünü avtomatik olaraq buraxacaq, Aqilin 6-cı tura yetişə biləcəyi isə sual doğurur.
Qeyd edək ki, Aqil Nəbiyevin yoxluğunda komandanın kapitanı funksiyasını Cahangir Həsənzadə yerinə yetirir.

0
0