53-cü oyunda sevinib 43-cü oldu, Vaqif Cavadov 2-ci pillədə
07.09.2011 - 16:48
Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürov yığmada qol hesabını açıb. Apasport.az saytının məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi Avro-2012-nin seçmə mərhələsinin Qazaxıstanla oyununda penaltidən dəqiq istifadə edərək adını millinin qolçuları siyahısına yazdırıb. İlk qolunu 53-cü matçında vuran Mahir bunu bacaran 43-cü futbolçu olub.
Qeyd edək ki, yığmanın 43 qolçusu sırasında ilk pillə Qurban Qurbanova məxsusdur. O, 14 dəfə fərqlənib. Qazaxıstanla oyunda 7-ci qolunu vuran Vaqif Cavadov isə Elvin Məmmədova çataraq 2-ci pilləyə şərik olub. Digər qolumuzun müəllifi Rauf Əliyevin hesabında 2 top var.

- Bredli Barkola rəsmən ”Liverpul”da
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
0
0