Futbol tariximizdə 2-ci dəfə
07.09.2011 - 23:10
Azərbaycan milli komandası uzun illər boyu cüt oyunlardan əziyyət çəkərək belə qarşılaşmalardan maksimum qaçmağa çalışıb. Apasport.az saytının məlumatına görə, Avro-1996-ın seçmə mərhələsindəki debüt anından başlayaraq yığmamız cüt oyunlarda ən azı 1 məğlubiyyət almağa adət etmişdi.
Lakin Berti Foqtsun yığmanın baş məşqçi postuna gəlməsindən sonra bu uğursuz tendensiyaya son qoymaq mümkün olub. Özü də artıq 2-ci dəfə.
Söhbət komandamızın ardıcıl keçirdiyi cüt oyunların hər 2-də xal qazanmasından gedir. Ötən seçmə mərhələnin sonlarında əvvəl Lixtenşteyni səfərdə udan (2:0) Berti Foqtsun yetirmələri sonra Rusiyanı Bakıda büdrətmişdi – 1:1. 2009-cu il oktyabrın 10-u və 14-nə təsadüf edən həmin cüt qarşılaşmalar futbol tariximizdə ilk idi.
Bu dəfə sentyabrın 2-də Belçikanı büdrədən yığmamız (1:1), ayın 6-da Qazaxıstanı məğlub etdi – 3:2. Yenə cüt oyunlarda 4 xal qazanan Foqtsun yetirmələri bunu Bakıdakı qarşılaşmalarda gerçəkləşdirdi.
Lakin tarixində cəmi 2 dəfə cüt oyunlardan üzüağ ayrılan komandamız almaniyalının gəlişindən sonra hər seçmə mərhələdə 1 dəfə bunu bacarıb. Avro-2012-də ikinci dəfə cüt oyunlarda tarixi nəticəni təkrarlamağımız da mümkündür.

0
0