“Komandamızın belə gözəl oyun nümayiş etdirməsinə inanmırdım” - FOTO
07.09.2011 - 23:00
“Azərbaycan milli komandası doğma meydançada Qazaxıstanı məğlub etməklə azarkeşlərə sevinc bəxş etdi. Milli komandanın 20 dəqiqəyə üç qol vurması əla nəticədir. Qələbəyə ümidim olsa da, komandamızın belə gözəl oyun nümayiş etdirməsinə inanmırdım”. Bu sözləri apasport.az saytına açıqlamasında Ağdamın “Qarabağ” klubunun və milli komandanın müdafiəçisi Maksim Medvedev deyib.
O Azərbaycan futbolçuları arasında ən yaxın dostu Vaqif Cavadovun çıxışını xüsusi vurğulayıb. Maksim vaxtilə bir yerdə “Qarabağ”ın uğurları üçün çalışdığı hücumçunun oyununu yüksək dəyərləndirib: “Vaqif Cavadova görə çox sevindim. Dostum uzun müddətdən sonra əla təsir bağışladı. Artıq Rusiyaya yola düşmüş futbolçu ilə oyundan dərhal sonra görüşüb çay içdik. Qələbə münasibəti ilə onu təbrik etdim. Ona növbəti oyunlarda da uğurlar arzuladım. Vaqif dünən “Qarabağ”da olduğu kimi, parlaq çıxış etdi. O yenə sol cinahı çətin vəziyyətdə saxlamağı bacarırdı. Ümumiyyətlə, bu futbolçu topsuz olanda belə müdafiəçilər üçün təhlükəlidir. Daim hərəkət edən Vaqif gözlənilməz bir epizodda topu ələ keçirib təhlükə yaratmağı bacarır. Dünən qapıya doğru vurduğu 3 zərbə və 1 qol onun əvvəlki günlərinə qayıtmasına işarədir”.
Medvedev Berti Foqts gəldikdən sonra milli komandanın əsas futbolçularından biri sayılsa da, zədə səbəbindən son 3 görüşdə iştirak etməyib. 23 yaşlı futbolçu milliyə tezliklə qayıtmaq niyyətində olduğunu bildirib: “Artıq zədədən əsər-əlamət qalmayıb. Verilən tapşırıqları 100 faiz yerinə yetirmək iqtidarındayam. Yenidən milli komandaya qayıtmaq üçün çalışıram. Əgər baş məşqçi şans versə, yenə də əsas komandamız üçün əlimdən gələni edəcəyəm”.
Qeyd edək ki, Maksim “Qarabağ”ın Avropa Liqasının III təsnifat mərhələsində “Brügge” ilə səfər oyunundan sonra hələ də 90 dəqiqə meydançada olmayıb.

0
0