Milli komandanın baş məşqçisi ilə bağlı qərar verildi
08.09.2011 - 10:33
Avro-2012-nin seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Avstriya yığmasının baş məşqçisi Didi Konstantini ilə bağlı rəsmi qərar verilib. Apasport.az saytının məlumatına görə, seçmə mərhələnin növbəti oyununda yığmamızın qonağı olacaq mərkəzi avropalılar çalışdırıcı ilə yollarını ayırmağa tələsmir. Onun son 2 oyunu yola verməsi məqsədəuyğun sayılıb.
Belə ki, federasiya prezidenti Leo Vindtnerlə baş məşqçi arasında danışıqlardan sonra qurumun mövqeyi də açıqlanıb. 56 yaşlı mütəxəssisin seçmə mərhələnin sonuna kimi, müqaviləsinin başa çatmasına kimi postunda qalacağı qərara alınıb. Bundan sonra isə onunla müqavilə uzadılmayacaq.
Qeyd edək ki, Avstriya yığması seçmə mərhələnin 8 matçında cəmi 8 xal toplayıb. Ümumilikdə isə 23 oyunda 3 qələbə, 7 heç-heçə və 13 məğlubiyyəti olan mütəxəssisin əvəzləyicisi ilə bağlı axtarışlar da başlayıb. Artıq noyabrda Ukrayna ilə yoldaşlıq oyununda yeni çalışdırıcı iş başında olacaq.

0
0