Baş məşqçi postuna 10 namizəd
08.09.2011 - 14:39
Baş məşqçi postuna 10 namizəd
Avro-2012-nin seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Avstriya yığması baş məşqçi axtarışlarına start verib. Apasport.az saytının məlumatına görə, seçmə mərhələnin son 2 oyunundan sonra Didi Konstantini ilə yollarını ayıracağı rəsmən açıqlayan futbol federasiyası artıq namizədləri müəyyənləşdirib.

Avstriya mətbuatı müqaviləsi uzadılmayacaq mütəxəssisin yerinə 10 namizədin olduğunu iddia edir. Həmkarlarımızın fikrincə Qus Hiddink, Mirça Luçesku, Marçello Lippi, Lui van Qal, Lars Laqerbek, Mattias Zammer kimi tanınmış simalar da Avstriya yığmasının baş məşqçisi ola bilər. Onlarla yanaşı nisbətən az tanınan Franko Foda, Pol Qludovats, Eli Qutman və Aleksandr Poyntner də Konstantininin davamçısı ola bilər.