“Yığmamız düzgün yoldadır”
08.09.2011 - 18:00
“Macarıstan yığmasının qapısına minimum 3-4 qol vura bilərdik. Sadəcə olaraq bizim bəxtimiz gətirmədi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” klubunun futbolçusu Aleksey Savinov deyib.
Moldova milli komandasının müdafiəçisi Avro-2012-nin seçmə mərhələsinin Macarıstanla Kişinyovdakı oyunu haqda fikirlərini açıqlayıb: “Matçın sonlarında hətta mənim də qol imkanım oldu. Ən əsası odur ki, yığmamız düzgün yoldadır. Uduzsaq da, düşünürəm ki. heç bir azarkeş bizi qınamaz. Biz meydanda canımızı qoyub, gözəl oyun göstərdik”.
Qeyd edək ki, Savinovun 90 dəqiqə meydanda olduğu matçda qonaqlar 2:0 hesabı ilə qalib gəlib.

0
0