“Neftçi”nin müəyyən üstünlüyü var”
09.09.2011 - 09:49
“Xəzər Lənkəran” və “Neftçi” arasındakı oyunlar artıq derbi ab-havasında keçir. Azarkeşlər bu görüşü səbirsizliklə gözləyirlər”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın müdafiəçisi Elnur Allahverdiyev deyib.
Sabah Premyer Liqanın V turu çərçivəsində “Neftçi” ilə qarşılaşacaq “Xəzər Lənkəran” üçün bu matç xüsusi əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, əyalət təmsilçisinin baş məşqçisi çempion olmaqdan çox “Neftçi” üzərində qələbə qazanmaq haqda düşünür. Doğma meydan amilindən də istifadə edəcək “Xəzər Lənkəran” mövsümün ilk ciddi sınağından üzüağ çıxmaq niyyətindədir: “Aydın məsələdir ki, doğma meydanda oynayırıq və əzəli rəqibimizə məğlub olmamalıyıq. Bütün gücümüzü səfərbər edəcəyik ki, qələbə qazanaq”.
Statistika da göstərir ki, son iki ildə “Xəzər Lənkəran” “Neftçi”yə məğlub olmayıb. Ancaq yayda rəqib heyətini qorusa da, “Xəzər lənkəran”da müəyyən dəyişiklik oldu. Bu amilin oyuna nə dərəcədə təsir göstərib-göstərməyəcəyini isə müdafiəçi belə izah edib: “Bu baxımdan “Neftçi”nin müəyyən üstünlüyü var. Onların oturuşmuş heyəti var və komanda artıq iki ildir ki, bir yerdə oynayır. Bizdə gedən də oldu, gələn də. Kimin güclü olduğu sentyabrın 10-da bilinəcək. Azarkeş üstünlüyündən istifadə etməyə çalışacağıq”

0
0