“Böyük oyun” və ya lider çempiona qarşı
09.09.2011 - 10:48
“Böyük oyun” və ya lider çempiona qarşı
Sabah Azərbaycan Premyer Liqasında V tura start veriləcək. Apasport.az saytının məlumatına görə, turun 3 oyunu sentyabrın 10-da, digər matçlar ertəsi gün keçiriləcək. Turun əsas qarşılaşması isə sözsüz ki, “Xəzər Lənkəran”la “Neftçi” arasında “Böyük oyun”dur. Tarixlərində 22-ci dəfə qarşılaşacaq prinsipial rəqiblər bu dəfə əyalətdə qarşılaşacaq. 10 oyundur rəqibini məğlub edə bilməyən “Neftçi” son çempion kimi indiki liderlə qarşılaşmada uğursuz seriyanı qırmalıdır. Uzun müddətdir uduzmayan cənublular isə əksinə bu seriyaların davamını gətirməyə çalışacaq.

Sabahki digər 2 matç Bakıda baş tutacaq. Paytaxtın eyni adlı təmsilçisi və “İnter” nisbətən zəif rəqiblərlə duellərdə xal ehtiyatını artırmaq niyyətindədir. Turnir cədvəlinin yuxarı hissələrində qərarlaşan “Qarabağ”la “Qəbələ” də turu itkisiz keçməyə cəhd edəcək. Bazar gününün ən maraqlı oyunu isə son turun qəhrəmanları arasında olacaq. Müvafiq olaraq “Bakı” və “Neftçi”ni məğlub edən “Kəpəz”lə AZAL Gəncədə münasibətlərini ayırd edəcək.

10 sentyabr (şənbə)

17:30. "Bakı" - "Rəvan"

Tofiq Bəhramov adına Respublika stadionu

19:00. "İnter" - "Simurq"
"Şəfa" stadionu

20:00. "Xəzər Lənkəran" - "Neftçi"
Lənkəran şəhər mərkəzi stadionu

11 sentyabr (bazar)

17:00. "Qəbələ" - "Turan"

Qəbələ şəhər stadionu

17:00. "Sumqayıt Şəhər" - "Qarabağ"
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

17:00. "Kəpəz" - AZAL
Gəncə şəhər stadionu

1
Xəzər Lənkəran
4
3
1
0
9-3
10
2
Qəbələ
4
2
2
0
4-2
8
3
AZAL
4
2
1
1
7-5
7
4
Neftçi
3
2
0
1
6-3
6
5
Qarabağ
3
2
0
1
3-2
6
6
Kəpəz
4
2
0
2
8-7
6
7
Turan
4
2
0
2
5-5
6
8
Bakı
4
1
2
1
3-3
5
9
İnter
3
1
0
2
1-4
3
10
Rəvan
4
0
2
2
4-6
2
11
Simurq
4
0
2
2
1-5
2
12
Sumqayıt Şəhər
3
0
0
3
2-8
0


Bombardirlər: Ceyhun Sultanov (“Kəpəz”), Emeka Opara (“Xəzər Lənkəran”), Bahodir Nasimov (“Neftçi”) – 3.