Milli komandada yeni baş məşqçi
09.09.2011 - 11:17
Milli komandada yeni baş məşqçi
Kolumbiya milli komandasının yeni baş məşqçisinin adı məlum olub. Apasport.az saytının məlumatına görə, cənubi amerikalıları bundan sonra Leonel Alvares çalışdıracaq. O, ötən ay istefaya göndərilən Ernan Dario Qomesin gedişindən sonra boş qalan posta yiyələnib. Alvares də məhz Qomesin köməkçilərindən biri idi.

Qeyd edək ki, Qomes ölkə paytaxtı Boqota barlarından birində qadını döytdüyü üçün vəzifəsindən qovulub.