“Azərbaycan yığmasının üzvlərinə görə onlara hörmət etmək lazımdır”
09.09.2011 - 11:47
Ukraynada Azərbaycan milli komandasının futzalçıları Serjao ilə Biro Jadeyə olan maraq azalmaq bilmir. Apasport.az saytının məlumatına görə, yeni çempionatın startında “Uraqan” klubunun şanslarını dəyərləndirən ukraynalı həmkarlarımız yenə çempionun azərbaycanlılarından bəhs edib. Onların fikrincə milliləşərək yığmamıza cəlb olunan braziliyalılar İvano-Frankovsk təmsilçisinin əsas silahıdır.
Ukraynalılar məhz bu 2 futzalçının sayəsində “Uraqan”ın siyasətinə hörmət olunduğunu bildirib: “Bəziləri bu legionerlərin ustalığına məftun olub. Digərləri isə legioner çoxluğundan narahatdır. Lakin Serjao və Biro Jadenin effektli oyunu və çempionluq qazandırması “Uraqan”ın legioner siyasətinə hörmət etməyə vadar edir. Artıq Azərbaycan yığmasının üzvlərinə görə bu klubun tutduğu yola hörmətlə yanaşmalıyıq”.
Qeyd edək ki, Biro Jade klubunda həm də seleksiyaçı vəzifəsinə cavabdehdir.

0
0