Azərbaycan hakimləri üçün yeni sınaq
09.09.2011 - 12:36
Azərbaycan hakimləri üçün yeni sınaq
FİFA referisi Anar Salmanov yeni təyinat alıb. Apasport.az saytının məlumatına görə, 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsinin 8-13 noyabr aralığında İsraildə keçiriləcək 5-ci qrupunun oyunlarına təyinat alan referilərdən biri Salmanovdur. O və referi köməkçisi Mübariz Haşımov da bu qrupun oyunlarında meydana çıxacaq.

Qeyd edək ki, bu qrupda Serbiya, Çexiya, Litva və İsrail yığmaları mübarizə aparacaq.

Mənbə:affa.az