İlk qələbə arzusunda - FOTO
10.09.2011 - 11:37
Avro-2012-nin final mərhələsində Azərbaycan milli komandası ilə eyni qrupda yer alan Portuqaliya yığması futzalçılarımız üçün uğursuz rəqibdir. Apasport.az saytının məlumatına görə, komandamız bu rəqiblə indiyə kimi keçirdiyi 7 oyunda hələ də qələbə qazana bilməyib.
Düzdür, son 2 qarşılaşmada Joze Alesio da Silvanın yetirmələri portuqaliyalılarla başabaş mübarizə aparıb və hər 2 matç 3:3 hesabı ilə başa çatıb. Lakin sonuncu heç-heçə axırıncı Avropa çempionatının yarımfinal mərhələsinə təsadüf etdiyindən qalib penaltilər seriyasında müəyyənləşmişdi. Millimizin final yolunu da məhz onlar bağlamışdılar. Pireneylilər bu oyun sonrası lotereyada 5:3 hesabı ilə qalib gələrək, adlarını həlledici oyuna yazdırmışdılar.
Bununla da Portuqaliya millisi həmin qitə çempionatının seçmə mərhələsində öz meydanlarında yığmamızı uda bilməmələrinin əvəzini çıxmışdılar.
Avro-2010-un seçmə və final mərhələlərindəki 2 oyundan başqa rəqiblərin bütün qarşılaşmalarında portuqaliyalılar aşkar üstün olub.
6 noyabr, 2002
Portuqaliya – Azərbaycan – 5:0 (AÇ-nin seçmə mərhələsinin oyunu)
23 sentyabr, 2003
Portuqaliya – Azərbaycan – 2:1 (Yoldaşlıq oyunu)
24 sentyabr, 2003
Portuqaliya – Azərbaycan – 4:1 (Yoldaşlıq oyunu)
26 sentyabr, 2006
Portuqaliya – Azərbaycan – 8:1 (Yoldaşlıq oyunu)
27 sentyabr, 2006
Portuqaliya – Azərbaycan – 5:2 (Yoldaşlıq oyunu)
19 mart, 2009
Portuqaliya – Azərbaycan – 3:3 (AÇ-nin seçmə mərhələsinin oyunu)
28 yanvar 2010
Azərbaycan – Portuqaliya – 3:3 (AÇ-nin final mərhələsinin oyunu)

0
0