“Bizi Azərbaycan yığması ilə çətin döyüş gözləyir”
10.09.2011 - 12:21
“Püşk bizi yenidən sonuncu Avropa çempionatının final mərhələsində qarşılaşdığımız komandalarla üz-üzə qoydu”. Apasport.az saytının məlumatına görə, bunu futzal üzrə Portuqaliya milli komandasının baş məşqçisi Jorje Braz deyib.
Təcrübəli mütəxəssis Avro-2012-nin final mərhələsinin püşkatmasına münasibət bildirib. Azərbaycan və Serbiya ilə eyni qrupa düşən Portuqaliya millisinin baş məşqçisi heç də onları asan oyun gözləmədiyi qənaətindədir: “İstər Azərbaycan, istərsə də, Serbiya millilərinin oyun keyfiyyətləri hazırda bir az fərqlidir. Bu isə o deməkdir ki, hər iki yığma ilə ağır döyüş olacaq. Lakin son nəticədə bizi öz hazırlığımız narahat etməlidir. Bunun yaxşı olması 1/4 finala çıxmağımız üçün çox vacibdir. Biz ilk növbədə qrupdan çıxmağa köklənməliyik. Sonra isə növbəti oyunlar barədə fikirləşməliyik”.
Qeyd edək ki, Azərbaycan və Portuqaliya futzalçıları indiyə kimi 7 dəfə qarşılaşsalar da, yığmamız hələ də qələbə qazana bilməyib.

0
0