“Biz Lənkərana uduzmağa və ya heç-heçə etməyə gəlməmişik” - MÜSAHİBƏ
10.09.2011 - 13:01
Azərbaycan milli komandasının və Bakının “Neftçi” klubunun müdafiəçisi Ruslan Əmircanovun apasport.az saytına müsahibəsi.
- Bu gün “Neftçi” və “Xəzər Lənkəran” arasında növbəti “Böyük oyun” baş tutacaq. Qarşılaşmanın yekun hazırlığı barədə nə deyə bilərsiniz?
- Oyuna həqiqətən də yaxşı hazırlaşmışıq. Bilirik ki, qarşılaşma hər iki komanda üçün çox çətin olacaq. Çünki rəqiblər yalnız eyni məqsəd uğrunda mübarizə aparacaq. Biz futbolçular yığışıb, eyni məqsəd uğrunda mübarizə aparacağımız barədə söz qoymuşuq.
- Milli komandanın düşərgəsində olduğunuza görə, hazırlığın müəyyən hissəsinə qatıla bilməmisiniz. Bu, sizə əlavə problem yarada bilərmi?
- Düzdür, milli komandanın oyunları ilə əlaqədar olaraq bir az klubdan uzaq düşmüşdüm. Amma biz mütəmadi olaraq, klub ilə əlaqə saxlayırdıq, maraqlanırdıq. Əlbəttə ki, milli komandanın düşərgəsində boş oturmamışıq. Həmin məşqlər bizi həm seçmə mərhələnin oyunlarına, həm də bu günkü qarşılaşmaya hazırlayıb.
- Böyükağa Hacıyevin gəlişindən sonra əsas heyətin daimi üzvünə çevrilmisiniz.Yəqin ki, bu qarşılaşmada da meydançaya çıxacaqsınız. Hərə bu oyunu bir cür xarakterizə edir. Bu, həqiqətənmi sadəcə bir çempionat qarşılaşmasıdır?
- Məncə, bu oyun digər çempionat görüşlərindən kəskin sürətdə fərqlənir. Belə ki, “Neftçi” və “Xəzər Lənkəran” arasında istər Bakıda, istərsə də Lənkəranda keçirilən qarşılaşmalara maraq olduqca çoxdur. Məhz bu amil görüşə olan marağı həmişə yüksək səviyyədə saxlayıb. Amma mahiyyət etibarı ilə sadəcə çempionat oyunudur. Bütün komandalar üzərində olduğu ki, “Xəzər Lənkəran” üzərində qələbəyə görə də 3 xal verirlər. Bu oyunu udanda 6 və ya 10 xal qazanmırıq. Lakin uzun müddətdir ki, bu komandalar arasında qarşılaşma böyük dramatik səhnə yaradır. Həmin prinsipillaq bu gün də davam edəcək.
- Konkret olaraq, “Neftçi” bu gün hansı nəticə üçün oynayacaq?
- “Neftçi” Lənkərana Azərbaycan çempionu kimi gəlib. Biz istənilən rəqiblə görüşdə yalnız və yalnız bir nəticə barədə düşünürük. Buraya da uduzmağa və ya heç-heçə etməyə gəlməmişik. Qələbəyə köklənmişik və bunu reallaşdıracağımıza inanırıq.
- Meydan amili və azarkeş bu derbidə “Xəzər Lənkəran”ın üstünlüyüdür. Bəs sizin nə kimi üstünlükləriniz var?
- Biz bütöv bir komandayıq. Yəni hamımız yalnız bir məqsəd üçün düşünürük. Biz titulumuzu qorumağa və gələn il Avrokuboklarda daha da uğurlu oynamağa çalışırıq. “Xəzər Lənkəran”ın evdə oynaması onun üstünlüyüdür. Eyni zamanda onlar ötən ilki nəticəyə görə bizi geridə qoyurlar. Ötən il çempion olsaq da, keçirilən 6 oyunun heç birində qalib gələ bilməmişik. Bu günkü oyunla həm qələbə qazanmaq, həm də sindiromu qırmaq arzusundayıq. Dediyim kimi, futbolçular arasında bu barədə söhbət olub. Ancaq qələbə.
- Məlumdur ki, bu komandaların azarkeşləri arasında da münaqişə var. Lənkərana daxil olarkən hər hansı bir problemlə üzləşmədiniz ki?
- Əvvələr belə hallar olurdu. Yəni cənub bölgəsində olarkən azarkeşlər çılğınlıqlarını göstərirdilər. Çempionat ərzində ilk oyunumuz olduğuna görə, hələ belə neqativ hallarla üzləşmədik. Asayiş keşikçilərinin əməyi sayəsində Lənkərana heç bir problem olmadan çatdıq. Amma inanmıram ki, bu gün Lənkəranda belə sakitçilik olsun. Bugünkü oyunda tribunalarda əsl ajiotaj ola bilər.
- Lənkəran şəhər stadionun qazonu yaxşı vəziyyətdə deyil. Yəqin ki, bu hər iki komandanın futbolçuları üçün əlavə çətinlik yaradacaq...
- Mən də belə düşünürəm. Oyundan öncə son məşqimizi məhz bu arenada keçdik. Qazon həqiqətən də pis vəziyyətdədir. Meydançanın yalnız bir hissəsində yaşıl otlar var. Qalan hissə isə torpaqdır. Meydançaya çıxanda elə təsəvvür yaranır, ki, sanki dəniz sahilindəyik. Əlbəttə ki, meydan amili bizə problem yaradan amillərdən olacaq.
- Necə fikirləşirsiniz, səfərdə sizi çox sayda azarkeş dəstəkləyəcəkmi?
- Biz artıq AZAL-a məğlubiyyəti yaddan çıxarmışıq. Yalnız irəli baxırıq. Əlbəttə ki, bu oyunda cənub klubunun azarkeşi çox olacaq. Amma biz də əsas fanatlarımızın, ürəyi “Neftçi” ilə döyünən hər kəsin yanımızda olacağını düşünürəm. Əsas məsələ bu oyunun Azərbaycan futbolunun inkişafına xeyir verməsidir.

0
0