Asif Məmmədov: Bizə yalnız uğursuzluq zolağından çıxmaq lazımdır
10.09.2011 - 13:24
“Gürcüstanda keçirdiyimiz yoxlama görüşlərindən və məşqlərdən sonra yaxşı vəziyyətə gəlmişik. Biz çempionatın növbəti oyunlarını yüksək səviyyədə keçirmək gücündəyik”. Bunu apasport.az saytına açıqlamasında Bakının “İnter” klubunun yarımmüdafiəçisi Asif Məmmədov deyib.
Bu mövsüm Premyer Liqada keçirdiyi 3 oyunun ikinsində məğlub olub, birində qələbə qazanan “İnter” autsayderlər qrupunda qərarlaşıb. Asif Məmmədov bildirib ki, “Simurq”la bugünkü oyun onlar üçün dönüş nöqtəsidir: “Komandamız güclüdür. Bizə yalnız uğursuzluq zolağından çıxmaq lazımdır. Fikrimcə, bu günkü oyunda qələbə qazanıb medallara və çempionluğa iddiamızı davam etdirəcəyik. Heyətimiz buna qadirdir”.

0
0