“Böyük oyun” canlı yayımda!
10.09.2011 - 13:37
“Böyük oyun” canlı yayımda!
Premyer Liqanın V turunun 6 matçından 4-ü televiziya vasitəsi ilə canlı yayımlanacaq. Apasport.az saytının məlumatına görə, bu qarşılaşmalardan 2-si bu gün, digər 2-si sabah keçiriləcək.

Azarkeşlər turun mərkəzi matçı - “Xəzər Lənkəran” – “Neftçi” görüşünü “İdman Azərbaycan” kanalında izləyə biləcəklər. Bu gün “Böyük oyun”dan öncə isə AZTV “Bakı” – “Rəvan” qarşılaşmasını nümayiş etdirəcək.

10 sentyabr (şənbə)
17:30. “Bakı” – “Rəvan”
AzTV

20:00. “Xəzər Lənkəran” – “Neftçi”
“İdman Azərbaycan”

11 sentyabr (bazar)
17:00. “Qəbələ” – “Turan”
“Lider TV”

17:00. “Sumqayıt Şəhər” – “Qarabağ”
AzTV